“Real”ın hücumçusu Kilion Mbappe zədə səbəbindən mövsümün qalan hissəsini buraxacaq.
Publika.az xəbər verir ki, bu barədə “El Chiringuito TV” məlumat yayıb.
Mənbənin sözlərinə görə, fransalı futbolçunun zədəsi ilkin göründüyündən daha ciddidir. Qeyd olunur ki, klub rəsmi açıqlamanı bu gün verəcək.
Mbappe zədəni “Betis”lə keçirilən və 1:1 hesabı ilə başa çatan La Liqanın 32-ci tur matçında alıb. 27 yaşlı hücumçu 81-ci dəqiqədə əvəzlənib və axsaya-axsaya meydanı tərk edib.
Cari mövsümdə Mbappe “Real”ın heyətində keçirdiyi 41 oyunda 41 qol vurub və 6 məhsuldar ötürmə edib.
Heybət

