2026-cı ilin yanvarında İspaniyada baş verən qatar qəzasına relsin zədələnməsi səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə “Mundo” qəzeti hakimiyyət orqanlarının məruzəsinə istinadla məlumat yayıb.
“Qatarın relsdən çıxmasının və ardınca baş verən qəzanın səbəbi kimi relsdə zədənin olması müəyyən edildi”, – nəşr sənəddən bu hissəni sitat gətirdi:
Qeyd olunub ki, bu nəticələr ilkindir və davam edən araşdırma zamanı yeni faktlar üzə çıxa bilər.
Xatırladaq ki, yanvarın 18-də İspaniyanın cənubunda, Adamus yaşayış məntəqəsi yaxınlığında (Kordova əyaləti) dəmir yolu fəlakəti baş verib. Söhbət əks istiqamətdə hərəkət edən “Iryo” və “Alvia” sürət qatarlarının toqquşmasından gedir. Təxminən 300 sərnişin daşıyan “Iryo” qatarı düz yolda relsdən çıxıb. Bu zaman o, qonşu yola keçərək ikinci heyətin də relsdən çıxmasına səbəb ollub. Qəza nəticəsində 46 nəfər həlak olub.
Hüseyn İbadlı

