EvXəbərlərReşfordu təhqir edən azarkeşə həbs cəzası verildi

Reşfordu təhqir edən azarkeşə həbs cəzası verildi

Published on

spot_img

Məhkəmə Markus Reşfordu irqçi şəkildə təhqir edən azarkeşə hökm oxuyub.
Publika.az xəbər verir ki, insident sentyabrın 25-də “Ovyedo” ilə oyunda (3:1) yaşanmışdı.
Azarkeşlərdən biri Reşfordu ağır irqçi təhqirə məruz qoyaraq onu “neqrata” adlandırmışdı.
Prokurorluq ona 1 il 3 ay həbs cəzası istəyib. Məhkəmə təqsirləndirilən şəxsə doqquz ay həbs cəzası verib. Azarkeş həmçinin altı ay ərzində gündəlik 5 avro cərimə ödəməli olacaq.

Bundan əlavə, azarkeşə üç il doqquz ay ərzində idman, təhsil və ya əyləncə sahələrində işləmək qadağan edilib. O, həmçinin üç il müddətinə futbol matçlarına qatılmaqdan da məhrum edilib.

Latest articles

More like this