Miras qalmaqalından sonra türkiyəli müğənni İbrahim Tatlısəsin qızı Gülşən Tatlısəsin paylaşımı diqqət çəkib.
Publika.az xəbər verir ki, onun sosial şəbəkədə yazdığı fikirlərin atası ilə bağlı olduğu iddia edilib. Gülşən paylaşımında insanların nə qədər məşğul olsa da, yaxınlarına zaman ayırmasının önəmli olduğunu vurğulayıb:
“Həyatın bizi məşğul etdiyi anlarda mənə yer ayıra bilən insanları sevirəm. Onsuz da hamımız məşğuluq”.
Bu sözlərin, xüsusilə son günlər səsləndirilən açıqlamalardan sonra yazılması izləyicilər tərəfindən müxtəlif cür şərh olunub.
Qeyd edək ki, İbrahim Tatlısəs son çıxışında mirasını heç kimə verməyəcəyini, bütün sərvətinin onun şəxsi mülkiyyəti olduğunu və istədiyi kimi istifadə edəcəyini bildirib.(milli.az)

