EvXəbərlərABŞ Rusiyanı İrana hərbi yardım göstərməkdə İTTİHAM ETDİ

ABŞ Rusiyanı İrana hərbi yardım göstərməkdə İTTİHAM ETDİ

Published on

spot_img

ABŞ Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri general Den Keyn Rusiyanın hərbi əməliyyatlarda İrana kömək etdiyini bildirib.
Publika.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.
General dedikləri ilə bağlı heç bir sübut təqdim etməyib və təfərrüatlara varmayıb. O, sadəcə “Orada mütləq bir hərəkət var” deməklə kifayətlənib.
Bundan əvvəl general Keyn ABŞ-ın İrana qarşı əməliyyat çərçivəsində hərbi məqsədlərinə çatdığını bəyan etmişdi. Amerikalı general əlavə edib ki, qarşıya qoyulan hədəflərin yerinə yetirilməsi ilə ABŞ öz maraqlarını gələcək illər üçün təmin edib.

Hüseyn İbadlı

Latest articles

More like this