Tayson Fyuri ilə Entoni Coşua arasında keçiriləcək döyüş gözlənilməz bir tələb səbəbindən təhlükə altına düşə bilər.
Publika.az xəbər verir ki, Britaniya mediasının məlumatına görə, döyüşün təşkilatçısı Türki Əl-Şeyx boks gecəsi zamanı məşhur müğənni Dua Lipanın çıxış etməsini tələb edir. Bildirilir ki, məhz bu şərt qarşılaşmanın baş tutması üçün əsas amillərdən biri kimi irəli sürülüb.
Mənbələrin məlumatına görə, tərəflər artıq döyüşün təşkilinə çox yaxınlaşıb və hətta iki döyüşlük müqavilə də razılaşdırılıb. İlk qarşılaşmanın payızda, ehtimal ki, Londonun “Uembli” stadionunda keçirilməsi planlaşdırılır.
Lakin sənətçinin iştirakının yekun qərara təsir edə biləcəyi qeyd olunur, çünki onun çıxışı böyük maliyyə xərci tələb edir. Eyni zamanda bildirilir ki, Dua Lipa boksla maraqlanır və əvvəllər də iri idman tədbirlərində səhnə alıb.

