EvXəbərlərZidanın oğlu DÇ-2026-nı buraxacaq?

Zidanın oğlu DÇ-2026-nı buraxacaq?

Published on

spot_img

Fransa futbolunun əfsanəsi Zinəddin Zidanın oğlu, “Qranada”nın qapıçısı Lukas Zidan bazar günü İspaniya ikinci divizionunda “Almeriya”ya qarşı keçirilən matçda (2:4) üz nahiyəsindən ciddi zədə alıb.
Publika.az xəbər verir ki, 27 yaşlı qapıçı “Almeriya”nın hücumçusu Talislə toqquşmadan sonra meydandan kənarlaşdırılıb. Toqquşma nəticəsində əvvəlcə beyin silkələnməsi baş verib. Daha sonra Zidanın çənə sümüyünün sınığı aşkar edilib.
Futbolçu əməliyyatı uğurla keçirdiyini sosial media hesabında açıqlayıb.

Zidan daha əvvəllər idman vətəndaşlığını Fransa vətəndaşlığından Əlcəzairə dəyişmiş və oktyabr ayında Əlcəzair milli komandasına ilk çağırışını almışdı. İndi qapıçı zədə səbəbindən 2026-cı il Dünya Kubokunu buraxmaq riski ilə üzləşir. 2026-cı il Dünya Kubokunun qrup mərhələsində Əlcəzair Argentina, Avstriya və İordaniya ilə qarşılaşacaq.

Latest articles

More like this