EvXəbərlərRubio Romaya gedir: Tramp-Meloni gərginliyi fonunda səfər

Rubio Romaya gedir: Tramp-Meloni gərginliyi fonunda səfər

Published on

spot_img

ABŞ dövlət katibi Marko Rubio bu həftənin sonuna qədər Romaya səfər edəcək. Bu səfər ABŞ prezidenti Donald Tramp ilə İtaliyanın Baş naziri Corcia Meloni arasında münasibətlərin gərginləşdiyi bir dövrə təsadüf edir.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Rubio səfər çərçivəsində Vatikan rəsmiləri, eləcə də İtaliyanın xarici işlər naziri Antonio Tayani ilə görüşməyi planlaşdırır. Eyni zamanda, onun Corcia Meloni ilə də görüş ehtimalı istisna edilmir.
Mənbələr bildirirlər ki, Rubionun nümayəndələri artıq ötən həftə İtaliya tərəfinə səfərlə bağlı ətraflı məlumat təqdim ediblər.
Qeyd edək ki, ABŞ-İtaliya münasibətlərində gərginlik Trampın Avropadakı müttəfiqləri, o cümlədən İtaliyanı İranla bağlı hərbi əməliyyatlara “yetərincə dəstək verməməkdə” tənqid etməsindən sonra artıb.

Xatırladaq ki, Tramp daha əvvəl Meloniyə yönəlik açıqlamasında İranın nüvə silahına sahib olmasına laqeyd yanaşdığını iddia etmiş və bunun İtaliya üçün təhlükə yaradacağınıdemişdi. İtaliya Baş naziri isə Trampın Roma Papası XIV Leo ilə bağlı açıqlamalarını sərt tənqid edərək onları qəbuledilməz adlandırıb. O bildirib ki, pontifik sülhə çağırır və bütün müharibə formalarını pisləyir.
Müəllif: Adəm

Latest articles

İlham Əliyev Avropa Parlamentini tənqid etdi

İlham Əliyev Avropa Parlamentini tənqid etdi

Dron hücumları qaçılmazdır: Bu ölkə Kiyevə xəbərdarlıq etdi

Dron hücumları qaçılmazdır: Bu ölkə Kiyevə xəbərdarlıq etdi

More like this