İran Prezidenti Məsud Pezeşkian ilə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) arasında heç bir ixtilaf yoxdur.
Publika.az xəbər verir ki, bu barədə prezident administrasiyasının rəhbəri Möhsin Hacı Mirzayi məlumat verib.
O vurğulayıb ki, komandanların və prezidentin iştirak etdiyi bütün görüşlərdə bütün qərarlar yekdilliklə qəbul edilib.
Aprelin 29-da İran Parlamenti (Məclis) spikeri Məhəmməd Baqer Qalibaf bildirib ki, ABŞ prezidenti Donald Tramp İslam Respublikası daxilində münaqişələri qızışdırmaqla, ölkəni radikallara və mötədillərə bölərək İranı məhv etməyə çalışır. Bununla yanaşı, o, iqtisadi təzyiq vasitəsilə İranı təslim olmağa məcbur etmək üçün dəniz blokadasından bəhs edir.
Hüseyn İbadlı

