fbpx

Keçmiş məhkum avtomobil qaçırdı

Rüya Yorumları burda

Salyanda avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin də üstü açılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional BEY.AZ-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininə məxsus “VAZ-21063” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Arbatan kənd sakini, əvvəllər məhkum olunmuş Əliağa Həsənov saxlanılıb.

Şöbə əməkdaşları tərəfindən sonuncunun ətrafında aparılan istintaq hərəkətləri zamanı onun fevral ayı ərzində yaşadığı kənd ərazisində iki təsərrüfatdan 3 xırdabuynuzlu heyvan oğurlayaraq zərərçəkmişlərə ümumilikdə 1000 manata yaxın maddi ziyan vurduğu da müəyyən edilib.

Faktla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, Ə.Həsənov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun digər analoji hadisələrdə iştirakının olub-olmaması araşdırılır.

Rüya tabirlerini burdan oku





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu