İstanbulun Sarıyer rayonunda 10 yaşlı oğlan ticarət mərkəzində bir qadının çantasını oğurlayıb.
Publika.az “Haber Global”a istinadən xəbər verir ki, qadın nu barədə polisə məlumat verib və dərhal ərazidəki müşahidə kameralarına baxış keçirilib. Məlum olub ki, çantanı azyaşlı oğurlayıb və taksiyə əyləşərək ərazidən uzaqlaşıb.
Taksidə saxlanılaraq polis bölməsinə aparılan 10 yaşlı D.T. haqqında aparılan yoxlama onun əvvəllər oğurluqla bağlı 92 cinayət qeydinin olduğunu ortaya çıxarıb.
D.T. Sarıyer Yetkinlik Yaşına Çatmayanlar Bürosuna aparılıb. Oğurlanan əşyalar isə sahibinə qaytarılıb.

