Xəbər verdiyimiz kimi, dünya ulduzu Keti Perri Bakıya gəlir. Müğənni bununla bağlı sosial şəbəkədə paylaşım edib.
Publika.az xəbər verir ki, türkiyəli aktrisa Afra Saraçoğlu Perrinin paylaşımına şərh yazıb.
O, ifaçının Bakıya gəlişinə “İstanbula gəl, yoxsa səni bloklayacağam” şərhini yazıb.
Qeyd edək ki, Keti sentyabrın 25-də “Formula 1” Qran Prisi çərçivəsində Bakıda çıxış edəcək.(Axşam.az)

