EvXəbərlərKardaşyan və Hamiltonu əl-ələ görüblər: Romantik axşamdan FOTOLAR

Kardaşyan və Hamiltonu əl-ələ görüblər: Romantik axşamdan FOTOLAR

Published on

spot_img

Kim Kardaşyan və Luis Hamilton Nyu-Yorkda romantik axşam keçirərək ilk dəfə ictimaiyyət qarşısına birlikdə çıxıblar. Cütlük Brodvey tamaşası “Strax 13”i izlədikdən sonra şəhərdə əl-ələ gəzərkən kameralara tuş gəlib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 45 yaşlı porno ulduz və 41 yaşlı Formula 1 pilotu bu dəfə münasibətlərini gizlətməyiblər. Şahidlər onların olduqca rahat və bir-birinə qarşı səmimi davrandığını bildiriblər.
Hamilton axşam üçün brilyant detallarla bəzədilmiş “tennis” boyunbağı və sırğalar taxıb, açıq bej rəngli klassik kostyum və botinkalarla obrazını tamamlayıb. Kardaşyan isə daha diqqətçəkən seçim edib. O, korsaj detallı firuzəyi rəngli top və ombaya qədər aşağı endirilmiş geniş açıq mavi cins şalvar geyinib.
Qeyd edək ki, cütlük 10 ildən çoxdur tanış olsa da, romantik münasibətlərin ötən ildən başladığı bildirilir. Nyu-Yorkdakı bu son görüntülər isə onların münasibətlərinin artıq daha ciddi mərhələyə keçdiyinin ən açıq sübutu kimi qiymətləndirilir.

Müəllif: Adəm

Latest articles

More like this