EvXəbərlərABŞ-a təxirəsalınmaz səfər - Umerov onunla görüşəcək

ABŞ-a təxirəsalınmaz səfər – Umerov onunla görüşəcək

Published on

spot_img

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə təcili danışıqlar aparmaq üçün Mayamiyə gəlib.
Publika.az “Strana”ya istinadla xəbər verir ki, ukraynalı rəsminin səfəri təxirəsalınmaz xarakter daşıyır və Volodimir Zelenskinin Moskvanın sülh təşəbbüsü ilə bağlı mövqeyinin formalaşmasında həlledici ola bilər.
Qeyd olunub ki, müzakirələrin əsas mövzusu 8-9 may tarixlərində atəşkəs rejiminə riayət edilməsi məsələsidir. Bundan əvvəl belə bir barışıq ideyasını ABŞ Prezidenti Donald Tramp dəstəkləyib. Mövcud məlumatlara görə, Rusiya rəhbərliyi ilə təmaslar zamanı bu təklifin təşəbbüskarı elə onun özü olub.
Bundan əvvəl Rusiya xarici işlər idarəsinin rəsmisi Mariya Zaxarova vurğulayıb ki, Kiyevin 9 May şənliklərini pozmaq üçün hər hansı cəhdi Rusiya Silahlı Qüvvələri tərəfindən Ukrayna paytaxtının mərkəzindəki qərar qəbulu mərkəzlərinə kütləvi zərbə endirilməsi şəklində qaçılmaz cavabla nəticələnəcək.

Hüseyn İbadlı

Latest articles

More like this