EvXəbərlərABŞ hücuma keçdi: İranın şəhər və dəniz limanı vuruldu

ABŞ hücuma keçdi: İranın şəhər və dəniz limanı vuruldu

Published on

spot_img

ABŞ İranın Qeşm limanına və Bəndər-Abbas şəhərinə hücum edib.
Publika.az xəbər verir ki, bu iddia ilə “Fox News” telekanalının jurnalisti Cennifer Qriffin özünün X hesabında paylaşım edib.
Qriffin yüksək rütbəli amerikalı rəsmiyə istinadla yazıb ki, ABŞ hərbçiləri az əvvəl İranın Qeşm limanına və Bəndər-Abbas şəhərinə zərbələr endiriblər.
Ötən gün IRIB agentliyi məlumat yayıb ki, İranın neft tankerini vurmağa cəhd etdikdən sonra Tehran Hörmüz boğazında ABŞ-ın hərbi gəmilərinə zərbə endirib.

Mayın 7-də Al Arabiya telekanalı Pakistandakı mənbələrə istinadla xəbər verib ki, İran və ABŞ Hörmüz boğazında gəmiçiliyin mərhələli şəkildə bərpası müqabilində dəniz blokadasının yumşaldılması barədə razılığa gəliblər.

Hüseyn İbadlı

Latest articles

More like this