EvXəbərlərAtlantik okeanının ortasındakı kabusdan danışdı: Biz də insanıq

Atlantik okeanının ortasındakı kabusdan danışdı: Biz də insanıq

Published on

spot_img

Xəbər verdiyimiz kimi, Atlantik okeanında üzən “MV Hondius” sərnişin gəmisində hantavirus şübhəsi dünya gündəminə çevrilib.
Publika.az “Milliyet”ə istinadən xəbər verir ki, Argentinadan Antarktida istiqamətində səfərə çıxan gəmidə indiyədək 3 nəfər həyatını itirib.
Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adanom Qebreisus açıqlayıb ki, gəmidən 3 xəstə təxliyə olunub və sərnişinlərin vəziyyəti yaxından izlənilir.
Gəmidə olan sərnişinlər isə vəziyyətin psixoloji baxımdan ağır olduğunu deyirlər. Sərnişinlərdən Ceyk Rosmarin bildirib ki, əsas istəkləri təhlükəsiz şəkildə evlərinə qayıtmaqdır: “Biz sadəcə manşet xəbərləri üçün hekayə deyilik. Ailələri və həyatı olan insanlarıq. Çox böyük qeyri-müəyyənlik var və hazırda ən çətin olan da budur. Sadəcə istəyirik ki, vəziyyət aydınlaşsın və təhlükəsiz şəkildə evimizə qayıda bilək”.
BBC-yə danışan başqa bir sərnişin isə gəmidə ən azı daha 3-4 gün qalacaqlarını və özlərini buna hazırladıqlarını deyib.

İspaniya hökuməti gəminin Kanar adalarına qəbul ediləcəyini və sərnişinlərə xüsusi tibbi protokollar çərçivəsində yardım göstəriləcəyini açıqlayıb.
Müəllif: Roza

Latest articles

More like this