Taekvondoçularımız Prezident Kubokunda 12 medal qazandılar
Estoniyanın paytaxtı Tallində taekvondo üzrə Prezident Kubokuna yekun vurulub.
BEY.AZ xəbər verir ki, yarışın son günündə gənclərdən ibarət Azərbaycan millisi 5 medal qazanıb.
Komandanın heyətində Gülü Zamanlı (42 kiloqram) bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub. Yalnız finalda məğlub olan Məhəmməd Həsənli (48 kiloqram) gümüş medala yiyələnib. Seyidxanım Məmmədova (49 kiloqram), Mehdi Budaqlı (45 kiloqram) və Ziya Həsənli (55 kiloqram) üçüncü yeri tutublar.
Bununla da Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla bitiriblər. Daha öncə kiçikyaşlı idmançıların yarışında 1 gümüş mükafat əldə edən komanda yeniyetmələrin mübarizəsində isə 1 qızıl, 2 gümüş və 3 bürünc medala yiyələnib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.