Böyük Britaniya İranla müharibəni dəstəkləmir və mümkün gərginlik iqtisadi nəticələrə səbəb ola bilər.
Publika.az xəbər verir ki, bunu Britaniyanın Baş naziri Keir Starmer jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Britaniya vətəndaşları benzin qiymətlərinin artması və bunun ölkə iqtisadiyyatına təsiri ilə bağlı ciddi narahatlıq keçirir.
Baş nazir qeyd edib ki, bəzi ölkələr Britaniyanı İranla müharibəyə cəlb etməyə çalışır, ancaq London bu prosesə qoşulmayacaq.
Müəllif: Roza

