Azərbaycan iki İslam Korporasiyası ilə anlaşma memorandumları imzaladı
İslam İnkişaf Bankı ilə keçirilən görüş çərçivəsində Azərbaycan İnvestisiya Şirkəti ilə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası arasında və AZPROMO ilə İnvestisiyaların və Kreditlərin İxracının Sığortası üzrə İslam Korporasiyası arasında anlaşma memorandumları imzalanıb, 2024-2026-cı illər üzrə Azərbaycan üçün Ölkə Çərçivə Sənədinin təqdimatı keçirilib.
BEY.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Bu sənədlərin icrası əməkdaşlığımızın daha yüksək müstəviyə doğru irəliləməsi üçün əlverişli imkanlar yaradacaq”, – o qeyd edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.