fbpx

Ötən il Prezident mükafatına layiq görülən gənc müəllim VƏFAT ETDİ

BEY MEDIA İnformasiya agenti xəbər verir


Naxçıvan Dövlət Universitetinin gənc müəllimi, İsmayıllı İsmayıl vəfat edib.

Metbuat.az xəbər verir ki, İsmayıl Cəfər oğlu İsmayıllı 1991-ci ildə Ordubad rayonunun Nüsnüs kəndində anadan olub. 2012-ci ildə Naxçıvan Dövlət Universiteti “Memarlıq və Mühəndislik” fakultəsinin “Memarlıq” ixtisasına daxil olub. 2016-cı ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirərək 2016-2017 -ci illərdə Naxçıvan Dövlət Universitetində metodist, 2017 -ci ildən “Memarlıq” kafedrasının müəllimi kimi fəaliyyətə başlayıb.

Gənc memarın əsas uğuru isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dekabrın 14-də Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında Sərəncamına əsasən ali təhsil ocağında 2 hektar ərazini əhatə edən Texnologiyalar Parkının eskiz layihəsinin müəllifi olub. Ötən il gənc memar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Prezident mükafatına layiq görülüb.

Bir 1 nəfər, ayaqda və açıq hava şəkili ola bilər




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu