EvXəbərlərMüharibə başlayandan bəri belə hücum olmamışdı

Müharibə başlayandan bəri belə hücum olmamışdı

Published on

spot_img

Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan bəri Zakarpatye vilayəti ən kütləvi hücuma məruz qalıb.
Publika.az xəbər verir ki, vilayətdə partlayışlar baş verib, hava məkanında isə bir neçə pilotsuz uçuş aparatı ilə hücum dalğası qeydə alınıb.
Bu barədə Zakarpatye Vilayət Hərbi Administrasiyasının rəhbəri Miroslav Biletskinin yaydığı məlumata görə, vilayətin bir neçə bölgəsində partlayış səsləri eşidilib.
Hakimiyyət orqanları sakinləri sığınacaqlarda qalmağa və hava həyəcanı siqnallarına ciddi yanaşmağa çağırıb.

Xatırladaq ki, bu gün Rusiya Ukraynaya qarşı uzunmüddətli kombinə edilmiş zərbələr taktikasını həyata keçirib. Kiyev, Rovno, Volın, Odessa, Xmelnitski, Lvov, Zakarpatye və digər vilayətlər hücuma məruz qalıb.

Bir sıra regionlarda ölən və yaralananların olduğu, yaşayış evlərinin və infrastrukturun zədələndiyi, həmçinin qəza səbəbindən elektrik enerjisinin kəsildiyi bildirilir.

Latest articles

More like this