EvXəbərlərBeynəlxalq Enerji Agentliyi Azərbaycan nefti ilə bağlı proqnozlarını yenilədi

Beynəlxalq Enerji Agentliyi Azərbaycan nefti ilə bağlı proqnozlarını yenilədi

Published on

spot_img

Azərbaycanın neft hasilatının 2026-cı ildə günə orta hesabla 0,57 milyon barel təşkil edəcəyi gözlənilir.
Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) neft bazarı üzrə may hesabatında bildirilir.
Qeyd edək ki, əvvəlki hesabatda bu göstərici günə 0,58 milyon barel səviyyəsində proqnozlaşdırılırdı.
BEA-nın məlumatına görə, 2026-cı ilin birinci rübündə Azərbaycanda neft hasilatı günə təxminən 0,57 milyon barel təşkil edib. Növbəti rüblərdə də bu göstəricinin eyni səviyyədə qalacağı gözlənilir.
Azərbaycan Energetika Nazirliyinin məlumatına əsasən, 2026-cı ilin yanvar-mart aylarında kondensat da daxil olmaqla ümumi neft hasilatının həcmi 6,6 milyon tona çatıb.tr

Azərbaycanın Energetika Nazirliyinin məlumatına görə, 2026-cı ilin yanvar-mart ayları üzrə respublikada 6,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 3,9 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,9 milyon tonu “Şahdəniz”in, 0,1 milyon tonu “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,7 milyon ton təşkil edib.
Bildirilib ki, bu dövrdə 5,2 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bunun 4,8 milyon tonu konsorsiumların, 0,3 milyon tonu SOCAR-ın, 0,1 milyon tonu isə JOCAP-ın payına düşüb.
Qeyd edək ki, bu ilin 1-ci rübündə xam neft hasilatı orta hesabla gündəlik 61 min ton (450 min barrel), kondensat hasilatı 13 min ton (105 min barrel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 74 min ton (555 min barrel) olub. (Trend)

Latest articles

More like this