fbpx

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində növbəti tədbir keçirilib – Fotolar


Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Kaspi Ağ Şəhər liseyində tədbir keçirilib.

BEY.AZ xəbər verir ki, tədbirdə Mərkəzin direktoru professor Sevinc Əliyeva və əməkdaşları, həmçinin liseyin direktoru Rəqsanə Məmmədova və müəllim-şagird heyəti iştirak ediblər. Çıxış edənlər – Rəqsanə Məmmədova və Sevinc Əliyeva Azərbaycan dilinin mövcud vəziyyəti, orta məktəblərdə ana dilinin tətbiqi, Azərbaycan dilində səlis danışıq və düzgün yazı vərdişlərinin inkişafından bəhs etmiş, mövcud problemlərin həlli istiqamətində tövsiyə və təklifləri tədbir iştirakçılarının nəzərinə çatdırıblar.

Aparıcı mütəxəssis Türkanə İsrafilli tərəfindən keçirilmiş interaktiv təlimdə fəal iştirak edən şagirdlər müxtəlif hədiyyələrlə mükafatlandırılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin