EvXəbərlərNetanyahu Amerika qəzetini məhkəməyə verir

Netanyahu Amerika qəzetini məhkəməyə verir

Published on

spot_img

İsrailin Baş naziri Benyamin Netanyahu fələstinlilər haqqında dərc olunan məqaləyə görə Amerikanın “The New York Times” qəzetini məhkəməyə vermək qərarına gəlib.
Publika.az xəbər verir ki, bu barədə yəhudi dövlətinin baş nazirinin dəftərxanasının saytında məlumat verilib.
Məlumatda bildirilir ki, Netanyahu və xarici işlər naziri Gideon Saar bu vaxta qədər dərc olunmuş ən dəhşətli, təhrif edilmiş və yalan məqalələrdən birinə görə qəzeti məhkəməyə vermək barədə göstəriş veriblər. Dəftərxanadan vurğulanıb ki, söhbət qəzetin jurnalisti Nikolas Kristofun materialından gedir.
Onun müəllifi olduğu son material mayın 11-də işıq üzü görüb. Həmin yazıda Kristof İsraildə fələstinli məbuslara qarşı sistemli cinsi zorakılıq hallarından bəhs edir. O iddia edir ki, 14 fələstinli kişi və qadın ona hərbçilər, həbsxana mühafizəçiləri, xüsusi xidmət əməkdaşları və məskunlaşanlar tərəfindən tətbiq edilən cinsi işgəncələr barədə danışıb. Müəllifin sözlərinə görə, bu ifadələrin bir hissəsi qohumlar, vəkillər və digər şahidlər tərəfindən təsdiqlənir.

Hüseyn İbadlı

Latest articles

More like this