EvXəbərlərBƏƏ-dən Hörmüz boğazı ilə bağlı mühüm addım

BƏƏ-dən Hörmüz boğazı ilə bağlı mühüm addım

Published on

spot_img

İran-ABŞ-İsrail gərginliyi fonunda Hörmüz boğazında mümkün risklərə qarşı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yeni enerji planını gündəmə gətirib.
Publika.az yerli mediaya istinadən xəbər verir ki, BƏƏ prezidenti Xalid bin Məhəmməd bin Zayed Al Nəhyan ölkənin neft ixrac imkanlarını gücləndirəcək Qərb-Şərq boru kəməri layihəsinin sürətləndirilməsi barədə göstəriş verib.
Layihə hazırda tikilməkdə olan və 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılan Habşan-Fuceyra boru xəttini əhatə edir. Bu kəmər Hörmüz boğazını tamamilə yan keçərək neftin Oman körfəzi sahilindəki Fuceyra limanına təhlükəsiz daşınmasını təmin edəcək.
Bildirilir ki, boru xəttinin illik ötürmə gücü 1,5-1,8 milyon barel olsa da, hazırda real istifadə təxminən 700 min barel səviyyəsindədir.

Layihənin tamamlanması ilə BƏƏ-nin ixrac gücünün ikiqat artması və Hörmüzdən asılılığın əhəmiyyətli dərəcədə azalması gözlənilir.

Müəllif: Roza

Latest articles

More like this