Toğanalı-Kəlbəcər yolunda qəza baş verib.
Publika.az xəbər verir ki, hadisə rayonun Toğanalı kəndi istiqamətində baş verib. “VAZ 2107” markalı avtomobil digər maşınla toqquşub.
Qəza zamanı Göygöl rayon sakini 1969-cu il təvəllüdlü İbad Vəliyev və daha iki nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma başlanılıb.
