EvXəbərlərAİ Ukraynaya 90 milyard avro kredit verir

Aİ Ukraynaya 90 milyard avro kredit verir

Published on

spot_img

Avropa İttifaqı 2026-cı ilin iyun ayının birinci yarısında Ukraynaya 90 milyard avroluq kredit paketindən ilk ödənişi həyata keçirməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas məlumat verib.
Onun sözlərinə görə, ilkin mərhələdə Ukraynaya 9 milyard avrodan bir qədər çox vəsaitin ayrılması nəzərdə tutulur. Məbləğin təxminən 6 milyard avrosu hərbi yardıma, xüsusilə pilotsuz uçuş aparatlarının istehsalı və satın alınmasına yönəldiləcək.
Bundan əvvəl Ukraynanın maliyyə naziri Sergey Marçenko Aİ ilə kredit üzrə şərtlərin razılaşdırıldığını təsdiqləyib. Tərəflər hazırda konkret öhdəlikləri müəyyən edən memorandum üzərində işləyir. Sənədin razılaşdırılmasından sonra onun Ukrayna parlamenti (Ali Rada) tərəfindən təsdiqlənməsi gözlənilir.

Müəllif: Roza

Latest articles

More like this