EvXəbərlərHamiləlikdəki bu problem uşağın gələcəyini məhv edə bilər

Hamiləlikdəki bu problem uşağın gələcəyini məhv edə bilər

Published on

spot_img

Hamiləlik zamanı yaranan bəzi ağırlaşmalar uşaqlarda gələcəkdə ürək-damar xəstəliklərinin riskini artıra bilər.
Publika.az xəbər verir ki, Şimal-Qərb Universitetinin alimləri bu nəticəyə gəliblər.
Araşdırma çərçivəsində alimlər 20 ildən artıq müddətdə 1300 ana-uşaq cütlüyünü müşahidə ediblər. Tədqiqat zamanı hamiləlik dövründə rast gəlinən üç geniş yayılmış problem – yüksək qan təzyiqi, gestasion diabet və vaxtından əvvəl doğuşun uşaqların gələcək sağlamlığına təsiri araşdırılıb.
Uşaqların 22 yaşı tamam olduqda onların arterial təzyiqi, qanda şəkərin səviyyəsi və damarlarının vəziyyəti qiymətləndirilib.
Ən ciddi fəsad analarında preeklampsiya da daxil olmaqla hipertoniya pozuntuları müşahidə edilən şəxslərdə aşkarlanıb. Bu insanlarda bədən kütlə indeksinin yüksək olduğu, diastolik təzyiqin artdığı və qlükoza nəzarətində problemlərin yarandığı müəyyən edilib.

Bundan əlavə, ultrasəs müayinəsi karotid arteriya divarlarının qalınlaşdığını – ürək-damar xəstəliklərinin erkən əlamətini aşkar etdi. Alimlərin fikrincə, gənclərdə damar divarının qalınlığında hətta kiçik dəyişikliklər belə damarların sürətlə qocalmasını, gələcəkdə infarkt və insult riskinin artmasını göstərə bilər.
Tədqiqat göstərib ki, gestasion diabet də uşaqlarda ürək-damar sağlamlığının pisləşməsi ilə əlaqəlidir. Vaxtından əvvəl doğulan şəxslərdə isə qlükoza mübadiləsinin pozulması əlamətləri daha çox müşahidə olunub.

Araşdırma müəllifləri hesab edirlər ki, hamiləlik dövründəki ağırlaşmalar uşağın orqanizminin və maddələr mübadiləsinin inkişafına hələ ana bətnində təsir göstərir. Bu prosesdə iltihab, oksidləşdirici stress və gen aktivliyindəki dəyişikliklərin mühüm rol oynadığı bildirilir.
Qeyd edək ki, tədqiqatın nəticələri “JAMA Network Open” jurnalında dərc olunub.
Müəllif: Adəm

Latest articles

More like this