EvXəbərlərKeçmiş prezidentin məşhur restoran-gəmisi batdı

Keçmiş prezidentin məşhur restoran-gəmisi batdı

Published on

spot_img

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin “Qalleon” restoran-gəmisi Kiyev bölgəsində batıb.
Publika.az xəbər verir ki, gəmi yarıya qədər suyun altında qalıb və su üzən restoranın aşağı qapı və pəncərələrinin səviyyəsinə çatıb.
Sabiq dövlət başçısının restoranının batmasının səbəbi məlum deyil.
Məlumata görə, Kiyev bölgəsindəki üzən iqamətgah 2007-ci ilə qədər dövlətə məxsus olub, daha sonra Yanukoviçin mülkiyyətinə keçib.

2018-ci ildə Kiyev məhkəməsi iqamətgahın ərazisini aktivlərin geri qaytarılması agentliyinə təhvil verib. 2023-cü ildə üzən-restoran rəsmi olaraq milli park və landşaft sənəti abidəsi elan edilib və bir il sonra turistlər üçün açılıb.

“Qalleon”un uzunluğu təxminən 50 metrdir, qədim yelkənli gəmi formasındakı unikal dizaynı və dəbdəbəli əşyaları ilə ziyarətçiləri cəlb edir. Rezidensiyanın içərisində konsert səhnəsi olan ziyafət zalı, VIP qonaqları qəbul etmək üçün salon və keçmiş dövlət başçısının mərmər, büllur, qızılla bəzədilmiş və qiymətli ağacdan hazırlanmış ofisi var. (Oxu.az)

Latest articles

More like this