EvXəbərlərABŞ İranla danışıqlarda nə əldə etmək istəyir?

ABŞ İranla danışıqlarda nə əldə etmək istəyir?

Published on

spot_img

ABŞ İrandan nüvə silahından imtina etmək öhdəliyi ilə yanaşı, bu ölkənin gələcəkdə öz nüvə potensialını bərpa etməsinin qarşısını alacaq prosesdə Vaşinqtonla əməkdaşlıq etməsini gözləyir.
Publika.az xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Cey Di Vens Ağ Evdə keçirdiyi brifinqdə bildirib.
Vens vurğulayıb ki, İran nüvə silahına sahib olmayacağına dair zəmanət verərsə, ABŞ razılaşma imzalamağa hazırdır. Əks təqdirdə, rəsmi Vaşinqton İslam Respublikasına qarşı hərbi əməliyyatları bərpa edə bilər:
“Biz bu yola getmək istəmirik və düşünmürəm ki, iranlılar da bunu istəyir. Lakin ehtiyac yaranarsa, Prezident bu addımı atmağa hazırdır və buna qadirdir”.
Vitse-prezident qeyd edib ki, ABŞ və İran arasında danışıqlar müsbət məcrada irəliləyir və mövcud gərginlik ABŞ üçün “bitməyən müharibə” statusunda deyil. O, həmçinin İranın zənginləşdirilmiş uranı Rusiyaya təhvil verməsinin ABŞ-ın planlarına daxil olmadığını bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha öncə İranla razılığın əldə olunması üçün real şansların olduğunu bildirmiş, lakin sonradan İrana qarşı genişmiqyaslı zərbələr endirmək ehtimalını da istisna etməmişdi.
Hüseyn İbadlı

Latest articles

More like this