Son sutka ərzində 26 ticarət gəmisi Hörmüz boğazından buraxılıb.
Publika.az xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında deyilir.
Bunlar neft tankerləri, konteyner gəmiləri və digər ticarət nəqliyyat vasitələri olub.
SEPAH qeyd edib ki, İran Hərbi Dəniz Qüvvələri gəmilərin keçidini əlaqələndirib və təhlükəsizliyi təmin edib.
