EvXəbərlərAcun bu oyunun ləğv olunmasını istəyir

Acun bu oyunun ləğv olunmasını istəyir

Published on

spot_img

“Hall Siti”nin sahibi Acun Ilıcalı bildirib ki, klub “Midlsbro” ilə Çempionşip pley-off final matçını ləğv etmək üçün yollar axtarır.
Publika.az xəbər verir ki, “pələnglər” əvvəlcə İngiltərə Premyer Liqasına ( EPL ) yüksəlmək üçün Premyer Liqa pley-offunda “Sauthempton”la oynamalı idi.
Lakin, “Saints” yarımfinalın ilk oyunundan əvvəl “Midlsbro” məşqini izləməkdə ittiham olunduy. “Sauthempton”un qovulmasından sonra “Midlsbro” Çempionşipin pley-off finalında “Hall Siti” ilə oynamalıdır.
“Vəkillərimiz hesab edirlər ki, Premyer Liqaya yüksəlməliyik; onlar hazırda məsələni araşdırırlar. Hələlik konkret bir şey deyə bilmərik. Bu, bir az mürəkkəb bir vəziyyətdir. “Sauthempton”la oyuna 10 gün hazırlaşdıq. Planlaşdırmaya, təhlilə və işə diqqət yetirdik. İndi, finaldan bir neçə gün əvvəl rəqib dəyişib. Cümə axşamı günü son oyunöncəsi məşqimiz var”, – “Daily Mail” qəzeti Ilıcalının sözlərini sitat gətirib.

“Hall Siti” və “Middilsbro” arasında oyun 23 may şənbə günü Londondakı “Uembli” stadionunda keçiriləcək.

Müəllif: Tural

Latest articles

More like this