EvXəbərlərTramp İranın tələbindən şikayətləndi - “Vaşinqton bunun qəti əleyhinədir”

Tramp İranın tələbindən şikayətləndi – “Vaşinqton bunun qəti əleyhinədir”

Published on

spot_img

ABŞ Prezidenti Donald Tramp İranla bağlı vəziyyətin yaxın vaxtlarda həll olunacağını bildirib.
Publika.az xəbərn verir ki, bu barədə Ağ Evin rəsmi YouTube kanalında yayımlanan çıxışında deyilib.
“İranla münaqişə tezliklə, çox tezliklə bitəcək”, – deyə Amerika lideri qeyd edib.
Trampın sözlərinə görə, Vaşinqton Tehranın Hörmüz boğazında gəmiçilik üçün rüsum tələb etməsinin qəti əleyhinədir. O, vurğulayıb ki, bura beynəlxalq su yoludur. Amerika lideri əlavə edib ki, ABŞ İranın uran ehtiyatlarını ölkədən çıxarmaq və böyük ehtimalla onu utilizasiya etmək niyyətindədir.
Qeyd edək ki, daha əvvəl “Fars” agentliyi Tehranın sülh danışıqlarının bərpası üçün irəli sürdüyü beş şərti açıqlamışdı. Həmin şərtlərə Livandakı hərbi əməliyyatların dayandırılması, sanksiyaların ləğvi, dondurulmuş aktivlərin sərbəst buraxılması, müharibənin vurduğu ziyanın kompensasiyası və İranın Hörmüz boğazı üzərindəki suverenlik hüququnun tanınması daxildir.

Bundan başqa, mayın 21-də Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Cinpinin Pekindəki görüşündə İran ətrafında yaranan gərgin vəziyyəti müzakirə etdikləri bildirilib.
Xatırladaq ki, bundan əvvəl İran Hörmüz boğazından gəmilərin keçidi üçün yeni mexanizm hazırladığını elan etmişdi.
Hüseyn İbadlı

Latest articles

More like this