EvXəbərlər“Barsa”nın ulduzuna İngiltərənin iki nəhəngi müqavilə təklif edibmiş

“Barsa”nın ulduzuna İngiltərənin iki nəhəngi müqavilə təklif edibmiş

Published on

spot_img

“Barselona”nın yarımmüdafiəçisi Rafinya Kataloniya klubuna keçməzdən əvvəl İngiltərə Premyer Liqası komandalarının ona müqavilə təklif etdiyini bildirib.
Braziliyalı futbolçu 2022-ci ildən “Barselona”da oynayır. O, əvvəllər “Lids”, “Renn”, “Sportinq Lissabon” və “Vitoriya Gimarayş” kimi klublarda da oynayıb.
Publika.az xəbər verir ki, “The Touchline” Rafinyanın sözlərini sitat gətirib.
– Həyatınızdakı ən yaxşı qərar?
– “Barselona” ilə müqavilə imzalamaq.

– Başqa komandalardan təkliflər olubmu?
– Bəli. Mançesterin mavi komandasından (yəqin ki, “Mançester Siti” nəzərdə tutulur – red.) və Londonun qırmızı komandasından ( çox güman ki, Arsenal – red.).

Latest articles

More like this