Şakira boşandıqdan sonra Jerar Pike ilə oğullarını necə böyütdüklərindən danışıb.
Müğənni ilə İspaniya millisinin keçmiş müdafiəçisi 12 illik münasibətdən sonra 2022-ci ilin yayında ayrılıblar.
Publika.az xəbər verir ki, Şakira “Por el Mundo”ya verdiyi müsahibədə bildirib:
“Milan və Saşa həmişə birinci yerdə olublar. Jerar və mən bu məsələdə həmfikirik və yollarımız ayrılsa da, bu, bizi birləşdirir.
Milan piano, nağara, gitara çalır və indi bas gitara çalmağı öyrənir. O, fitri istedaddır! Saşanın gözəl səsi var. Hər ikisi çox intizamlıdırlar – mən onlara bunu kiçik yaşlarından öyrədirəm. Deməliyəm ki, Pike də çox intizamlıdır, çünki bu olmadan heç bir peşədə uğur qazanmaq mümkün deyil. İntizamın hər şeyin təməli olduğuna inanıram. Onlar başqa yolun olmadığını bilirlər. Bu, müzakirə mövzusu deyil. Uşaqlarım həyatımın mənası, yol göstərən ulduzlarım, günəşim, ilham mənbəyim və gücümdür və mən hər saniyə onlar haqqında düşünürəm.
“Boşandıqdan sonra məyusluq, qəzəb, ağrı və kədər hisslərimdən keçdim və onları sənətə, yaradıcılığa və ilhama çevirdim. Bu, mənə sağalmağa kömək etdi və düşünürəm ki, bir çox insan mənimlə birlikdə sağaldı”.
