EvXəbərlərQurbanlıq heyvan bazarında son vəziyyət: Qiymətlər nə qədər artıb?

Qurbanlıq heyvan bazarında son vəziyyət: Qiymətlər nə qədər artıb?

Published on

spot_img

Azərbaycanda qurbanlıq qoyunların qiymətində artım müşahidə olunur. Hazırda paytaxt bazarlarında və kəsim məntəqələrində ən ucuz qurbanlıq heyvanın qiyməti 300 manatdan başlayır.
Publika.az xəbər verir ki, qurbanlıq qoyunların ötən il 250-280 manat arasında dəyişən minimal qiyməti bu il 300-340 manata yüksəlib.
Diri çəki ilə hesablama aparılarkən qoyunların kiloqramı, çəkisindən asılı olaraq, 9.50-11 manat aralığında təklif edilir.
Bölgələrdə isə qiymətlər paytaxtla müqayisədə fərqlidir. Regionlarda fərdi təsərrüfatlardan birbaşa satış olunduğu üçün daha azçəkili və yerli otlaqlarda bəslənmiş erkək quzuları 250-270 manata almaq mümkündür. Buna baxmayaraq, ötən illə müqayisədə rayonlarda da bahalaşma qeydə alınır.
Qurbanlıq heyvan satışı ilə məşğul olan şəxslərin sözlərinə görə, qiymət artımı fonunda bu il alıcılıq qabiliyyəti və tələbat əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə azalıb.

Daha ətraflı Xəzər TV-nin süjetində:

Latest articles

More like this