ABŞ Prezidenti Donald Tramp İranla sazişin hələ tam yekunlaşdırılmadığını açıqlayıb.
Publika.az xəbər verir ki, o, bu barədə “Truth Social”da yazıb.
Ağ Ev rəhbəri İrandan söz açmışkən ABŞ-ın 44-cü Prezidenti Barak Obamanı da tənqid edib.
“Əgər İranla saziş bağlasam, bu, yaxşı və düzgün bir razılaşma olacaq, Obamanın etdiyi kimi, İrana külli miqdarda pul qazandıran və nüvə silahı əldə etməsinə yol açan bir razılaşma olmayacaq”, – Tramp yazıb.
O, əlavə edib ki, potensial razılaşmanın hazırkı versiyasını hələ heç kim görməyib və tam yekunlaşdırılmayıb: “Heç nə bilmədikləri şeyləri tənqid edən məğlublara qulaq asmayın. Məndən əvvəl gələn və illər əvvəl bu problemi həll etməli olanlardan fərqli olaraq, mən pis sazişlər bağlamıram”.
