İsrailin Müdafiə Ordusunun baş qərargah rəisi general-leytenant Eyal Zamir 24 may tarixində Livanda “Hizbullah” hərəkatına qarşı hərbi əməliyyatların davam etdirilməsi planlarını təsdiqləyib.
Publika.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Şimalda hərbi əməliyyatların davam etdirilməsi planlarını təsdiqlədim. Biz “Hizbullah”a və onun bütün terrorçu strukturlarına qarşı zərbələri gücləndirməkdə tam qərarlıyıq”, – E.Zamir bildirib.
