EvXəbərlərABŞ İrana 30 gün vaxt verəcək...

ABŞ İrana 30 gün vaxt verəcək…

Published on

spot_img

ABŞ və İran arasında hərbi münaqişəyə son qoyulmasına dair memorandum layihəsində Tehrana Hörmüz boğazında naviqasiya təhlükəsizliyini tam bərpa etmək üçün 30 gün vaxt verilməsi nəzərdə tutulur.
BEY.AZ xəbər verir ki, bu barədə “Nikkei” qəzeti mənbəyə istinadən məlumat yayıb.
Nəşr bildirir ki, ABŞ və İran arasında müzakirə olunan plana əsasən, tərəflər münaqişənin dayandırılması barədə razılığa gəldikdən təxminən 30 gün sonra Hörmüz boğazının açılması nəzərdə tutulur. İran tərəfi boğazda yerləşdirilmiş minaların təmizlənməsi üçün 30 gün vaxt istəyib. Yalnız bundan sonra normal gəmiçiliyin texniki baxımdan bərpası mümkün olacaq.

Qəzet memorandum layihəsində İranın Hörmüz boğazından tranzit haqqı almayacağının da qeyd olunduğunu vurğulayıb.

Latest articles

More like this