Dopinqin rəsmi olaraq icazə verildiyi ilk idman tədbiri olan “Enhanced Games” ABŞ-ın Las Vegas şəhərində keçirilib.
BEY.AZ xəbər verir ki, “Steroid Olimpiadasında” kişilər arasında 50 metr məsafəyə sərbəst üzmə yarışında dünya rekordu qırılıb.
2024-cü il Avropa çempionu və Olimpiya Oyunlarının iştirakçısı Kristian Qolomeyev 20,81 saniyəlik nəticə ilə avstraliyalı Kameron Makevoyun dünya rekordunu (20,88) üstələyib.
Yunan üzgüçü birinci yerə görə 250.000 dollar və dünya rekordu qırdığına görə 1 milyon dollar bonus alıb.
