Meksika prezidenti Klaudia Şeynbaum İran milli komandasının Dünya Kuboku zamanı Meksikada məskunlaşacağının səbəbini izah edib.
BEY.AZ xəbər verir ki, daha əvvəl İran Futbol Federasiyasının prezidenti Mehdi Tac komandanın təlim-məşq bazasının ABŞ-dan Meksikaya köçürüləcəyini açıqlamışdı.
“Amerika Birləşmiş Ştatları İran komandasının öz ərazisində olmasını istəmirdi. Ona görə də onlar bizdən soruşdular: “Meksikada yerləşə bilərikmi?” və biz də “Bəli, problem deyil” dedik”, – Meksika prezidenti deyib.
2026-cı il Dünya Kuboku 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.
BEY.AZ
