EvXəbərlərPələng yatan qadını parçaladı

Pələng yatan qadını parçaladı

Published on

spot_img

Hindistanın Bandhavqarh qoruğu yaxınlığındakı kəndlərdən birində faciəvi hadisə baş verib.
Publika.az xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.
Bildirilib ki, vəhşi pələng kəndə daxil olaraq həyətdə yatan insanlara hücum edib.
Hadisə nəticəsində 48 yaşlı qadın yerindəcə həyatını itirib, daha iki nəfər isə ağır yaralanıb. Yaralılar kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hücumdan sonra pələng kənddəki evlərdən birinə girərək gecəni orada keçirib. Səhər saatlarında meşə təsərrüfatı əməkdaşları heyvanı binadan çıxara biliblər. Pələngin artıq ölmüş olduğu məlum olub. Onun ölüm səbəbini araşdırmaq üçün meyiti yarılmaya göndərilib.

Hüseyn İbadlı

Latest articles

More like this