“Milan”ın vingeri Rafael Leao karyerasını Türkiyədə davam etdirə bilər.
Publika.az xəbər verir ki, “La Gazzetta dello Sport”un jurnalisti Luka Biançin bildirib ki, “Qalatasaray” portuqaliyalıya vergilər çıxıldıqdan sonra ildə 10 milyon avro dəyərində müqavilə təklif etməyə hazırdır. “Fənərbaxça” da Leqo ilə maraqlanır.
Məlumata görə, heç bir Türkiyə klubu Leao ilə bağlı “Milan”la əlaqə saxlamayıb. Potensial transfer haqqı 40 milyon avro ilə 50 milyon avro arasında ola bilər.
Publika.az
