Puerto Riko qubernatoru Cennifer Qonsales yerli mediaya verdiyi açıqlamada ABŞ ordusunun Kubaya qarşı hücum planı olduğunu iddia etdi.
Publika.az xəbər verir ki, Qonsales, 3 yanvar tarixində Venesuelaya edilən hərbi müdaxilədə Puerto Riko ərazisindən istifadə edildiyini bildirib və iddia edib ki, Kubaya qarşı gələn həftə hücum planlaşdırılır.
Qonsales ABŞ-ın Çin, Rusiya və İrana qarşı yeni soyuq müharibə apardığını bildirib və əlavə edib: “Cəmi bir neçə ay əvvəl Venesuela ilə müharibə vəziyyətində idik, gələn həftə isə Kuba ilə müharibə edəcəyik”.
Kubanın xarici işlər naziri Bruno Rodriges Parilla ABŞ-ın öz hərəkətləri ilə beynəlxalq sülhü və təhlükəsizliyi pozduğunu və Kubaya qarşı mümkün hərbi hücum əmrini verənlərin tarixə “müharibə cinayətkarları” kimi düşəcəyini bildirib.
Müəllif: Tural
