EvXəbərlərAvropa bu virusun yayılma ocağına çevriləcək

Avropa bu virusun yayılma ocağına çevriləcək

Published on

spot_img

Təhlükəli çikunqunya virusu XXI əsrin sonuna qədər yayılma sahəsini əhəmiyyətli dərəcədə genişləndirərək Avropa, Şimali Amerika və Şərqi Asiyanın mülayim bölgələrinə təsir göstərə bilər.
BEY.AZ xəbər verir ki, Çinin Tibb Universiteti alimlərinin “Frontiers in Cellular and Infection Microbiology” jurnalında dərc olunmuş tədqiqatına görə, bu ssenari qlim dəyişikliyi səbəbindən baş verə bilər.
Tədqiqat zamanı modelləşdirmə göstərib ki, istiləşmə ağcaqanad vektorlarının, xüsusən virusu aşağı temperaturda yaya bilən Asiya pələng ağcaqanadının yayılmasına kömək edir. Müəlliflər 2100-cü ilə qədər potensial epidemiyaların Avropanın, Şimali Amerikanın və Şərqi Asiyanın şimal bölgələrinə keçə biləcəyini proqnozlaşdırırlar. Gələcək riskləri azaltmaq üçün mülayim bölgələrdə ağcaqanad populyasiyalarının epidemioloji monitorinqinin və nəzarətinin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, çikunqunya virusuna yoluxanlarda yüksək hərarət, şiddətli oynaq və əzələ ağrısı, zəiflik və dəri səpkisi kimi simptomlar üzə çıxır.

Latest articles

More like this