EvXəbərlərYeni mövsüm avrokuboklarda görün neçə İngiltərə klubu yarışacaq

Yeni mövsüm avrokuboklarda görün neçə İngiltərə klubu yarışacaq

Published on

spot_img

“Kristal Pelas” 2025/26 mövsümündə UEFA Konfrans Liqasının qalibi olub.
BEY.AZ xəbər verir ki, bu uğur sayəsində İngiltərə klubu növbəti mövsüm üçün Avropa Liqasına vəsiqə qazanıb.
Beləliklə, 2026/27 mövsümündə İngiltərə Premyer Liqasını avrokuboklarda ümumilikdə 9 klub təmsil edəcək. Çempionlar Liqasında “Arsenal”, “Mançester Siti”, “Mançester Yunayted”, Avropa Liqasının qalibi kimi “Aston Villa” və “Liverpul” çıxış edəcək. Avropa Liqasında “Bornmut”, “Sanderlend” və Konfrans Liqasının qalibi olan “Kristal Pelas” mübarizə aparacaq. Konfrans Liqasında isə İngiltərəni “Brayton” təmsil edəcək.
Beləliklə, İngiltərə ardıcıl ikinci mövsüm avrokuboklarda 9 komanda ilə təmsil olunacaq.

Premyer Liqa klubları bu mövsüm bütün üç avrokubok titulunu qazanmaq şansını da qoruyur.Belə ki, Çempionlar Liqasının finalında “Arsenal” meydana çıxacaq. Konfrans Liqası ilə yanaşı, Avropa Liqasında da ingilis klubu – “Aston Villa” qalib olub.

Latest articles

More like this