Dörd gün əvvəl komaya düşən aparıcı vəfat etdi
Dörd gün əvvəl komaya düşən aparıcı vəfat etdi – FOTO (YENİLƏNİB)
Tanınmış aparıcı, yazar Murad Muradov vəfat etməyib.
Bu barədə onun yaxın dostları sosial şəbəkədə məlumat yayıblar.
Qeyd olunub ki, bir neçə gün əvvəl insult keçirən və koma vəziyyətində Quba Diaqnostika Mərkəzinə yerləşdirilən Murad Muradov hazırda süni nəfəs aparatına qoşulub.
“Muradın vəziyyəti ağırdır, ancaq ürəyi döyünür”, – deyə bildirilib. (yenisabah.az)
***
4 gün əvvəl yaşadığı Quba rayonunda insult keçirən rayonun tədbir aparıcısı Murad Muradov vəfat edib.
BEY.AZ xəbər verir ki, koma halında Quba Diaqnostika Mərkəzinə yerləşdirilən 38 yaşlı Murad bu gün dünyasını dəyişib.
Qeyd edək ki, M.Muradov bir sıra televiziya kanallarında müxbir və aparıcı kimi çalışıb, Şimal regionundakı tədbirlərdə daim aparıcı kimi iştirak edib. O, gənc yazıçı kimi də tanınıb.