EvXəbərlərİstanbulda rekord sayda tamaşaçı qarşısına çıxacaq

İstanbulda rekord sayda tamaşaçı qarşısına çıxacaq

Published on

spot_img

Amerikalı repçi Kanyе Uest mayın 30-da İstanbulda baş tutacaq konserti üçün Türkiyəyə gəlib.
BEY.AZ “ILS Vision” şirkətinə istinadla xəbər verir ki, konsertin tamaşaçı sayı baxımından rekord qıracağı gözlənilir.
Tədbir İstanbulun qərbində yerləşən Atatürk Olimpiya Stadionunda keçiriləcək. Təşkilatçılar artıq 90 min biletin satıldığını bildiriblər. Məlumata görə, repçi şəhərin ən dəbdəbəli otellərindən birində məskunlaşıb və orada onu çoxsaylı pərəstişkarları qarşılayıb.
Qeyd edək ki, mayın 15-də Kanyе Uestin Hindistanın paytaxtı Nyu-Dehlidə keçirilməsi planlaşdırılan konsertinin ləğv olunduğu bildirilmişdi. Mayın 23-nə nəzərdə tutulan və Hindistan tarixinin ən böyük şoularından biri olması gözlənilən həmin konsertin oktyabr ayına təxirə salındığı açıqlanıb. Bilet alan pərəstişkarlara pullarının tam şəkildə geri qaytarılacağı bildirilib.

Hüseyn İbadlı

Latest articles

More like this