Hazırda Lissabon “Benfika”sına rəhbərlik edən məşqçi Joze Mourinyo “Real Madrid”ə qayıdacaq.
BEY.AZ xəbər verir ki, bu barədə “The Athletic”in jurnalisti və insayder David Ornsteyn sosial media da məlumat verib.
Mənbənin məlumatına görə, portuqaliyalı məşqçi artıq “Los Blancos”la müqavilə imzalayıb. Məşqçinin İspaniya klubu ilə müqaviləsi üç il müddətinə bağlanacaq. Rəsmi açıqlama 7 iyunda keçiriləcək “Real Madrid” prezident seçkilərindən sonra olacaq.
Mourinyo 2010-cu ildən 2013-cü ilə qədər “Real Madrid”ə rəhbərlik edib. Onun rəhbərliyi altında komanda İspaniya liqasını, İspaniya Kubokunu və İspaniya Super Kubokunu qazanıb.
