Putin ömrün uzadılması texnologiyalarına milyardlarla dollar sərmayə yatırır.
BEY.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşrinin araşdırmasında qeyd olunub.
Məlumata görə, Rusiyada qocalmanın ləngidilməsinə yönəlmiş 26 milyard dollarlıq proqram həyata keçirilir.
Məqalədə bildirilir ki, layihəyə prezidentin qızı Mariya Vorontsova və Kurçatov İnstitutunun rəhbəri Mixail Kovalçuk nəzarət edir.
İddialara əsasən, təşəbbüs çərçivəsində alimlər toxumaların bioprinti, gen terapiyası və mini-donuzlardan istifadə etməklə insan orqanlarının yetişdirilməsi üzərində çalışırlar. Qarşıya qoyulan əsas məqsədin 2030-cu ilə qədər insan orqanlarının tam şəkildə əvəz olunması imkanına nail olmaq olduğu qeyd edilir.
Məlumata görə, Rusiya lideri uzunömürlülük və şəxsi sağlamlıq məsələlərinə xüsusi diqqət ayırır. (Globalinfo)
